"El igidləri ilə tanınar"
Məktəbdə "El igidləri ilə tanınar" adlı tədbir keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdliklə döyüşən igid Vətən övladlarına həsr olunmuşdu. Tədbirdə I Qarabağ döyüşlərində öz şücaəti ilə ürəkləri fəth edən Yusif Mirzəyevin həyat və döyüş yolundan, 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində əsgərləri ilə birgə ön xətdə şəhid olmuş Polad Həşimovun fədakarlığından, 44 günlük müharibədə şücaətlərilə bərabər "Vətən yaxşıdır" mahnısı ilə özü kimi dastana döndərən Xudayar Yusifzadənin döyüş yolundan danışılıb.