9 May-Faşizm üzərində Qələbə Günü
Mayın 8-də məktəbdə 9 May-Faşizm üzərində Qələbə Gününə həsr edilmiş "dəyirmi masa" keçirilib. Azərbaycan xalqının II Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında söhbət açılıb. Azərbaycan alimlərinin yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira edərək müharibədə düşmən üzərində qələbəsi qeyd olunub. Müharibədə öz rəşadətini göstərən qadınlarımız haqqında məlumat verilib.