"Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası"
Mayın 3-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev və Milli Mədəniyyət Strategiyası" adlı tələbə-şagird elmi konfransı keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Universitetinin rektoru akademik Kamal Abdulla konfransın tələbələrinə yeni elmi biliklərin əldə olunması baxımından əhəmiyyətini vurğulayıb. Məktəblərin ali təhsil ocaqları ilə əlaqələrini daha da möhkəmləndirəcəyini qeyd edib. Şagirdlər sertifikatlarla təltif olunub.