Bu yaxınlarda Bolqariyanın Albena şəhərində keçirilən karate üzrə Avropa çempionatında iştirak edən 11"B" sinif şagirdimiz Məmmədov Asim öz yaşıdları arasında qalib olaraq Avropa çempionu adını qazanmış və qızıl medala layiq görülmüşdü.Şagirdimizi təbrik edir və Azərbaycan bayrağını həmişə zirvələrə ucaltmağı arzu edirik!
Məktəbimizin 1-ci sinif şagirdi Tural Ələkbərli İtaliyanın Karrar şəhərində keçirilən Kickboxing üzrə Dünya Çempionatında üstünlüyü qoruyaraq, Dünya Çempionu olub.6 yaşlı Dünya Çempionumuzu təbrik edirik!!!Biz səninlə fəxr edirik, Tural!