Olimpiada qalibləri

Fevralın 10-da Respublika fənn olimpiadalarının şəhər mərhələsinin ilk günündə məktəblilər riyaziyyat və fizika fənləri üzrə biliklərini sınayıblar.

Olimpiadaların Bakı şəhər mərhələsi paytaxtdakı 18 imtahan mərkəzində təşkil edilib.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri açıqlanıb. Məktəbimiz adında iştirak edən 5 şagirddən 3-ü nəticə əldə edib. Fizika fənnindən Elmira Alışadə və Leyla Manaflı, riyaziyyat fənnindən Səbinə Qasımova uğur qazanaraq olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ  əldə etmişlər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi