FƏXRİMİZ

Rafiq Hüseyn oğlu Nəsrəddinov 18 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində anadan olub.

1968-ci ildə Nərimanov rayonundakı 39 nömrəli orta məktəbin birinci sinfinə gedib, 1978-ci ildə həmin məktəbi bitirib. Oxuduğu illərdə şagirdlər arasında ağıllı, tərbiyəli və mehriban olması ilə seçilib. Dərslərinə həmişə diqqətlə yanaşib. Xüsusilə coğragiya fənninə marağı yüksək olub. Həmişə gülərüz, mehriban və istedadlı Rafiq həyatını incəsənətlə bağlamaq istəyib. Çünki  tar və fortepianoya böyük həvəsi olub.

Hətta İncəsənət Universitetinə də daxil olmaq istəyib. Lakin taleyin qisməti  onu  Bakı Dövlət Universitetinə gətirib çıxarıb. 1987-ci ildə Universiteti əla qiymətlərlə bitirdikdən sonra Su Təsərrüfatı İnstitutuna mühəndis vəzifəsinə təyin edilib.

Ailə həyatı qurub və 2 qız övladı dünyaya gəlib. R. Nəsrəddinov  özünü həmişə ön cəbhədə görmək istəyirdi. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən  Milli Orduya çağırılıb. Ağdərə rayonunun düşməndən təmizlənməsində yaxından iştirak edib. Belə döyüşlərin birində, Ağdərə rayonunun  Qızılqaya strateji əhəmiyyətli yüksəkliyinin ermənilərdən azad edilməsi zamanı, baş leytenant  Nəsrəddinov Rafiq Hüseyn oğlu  son nəfəsinədək vuruşub və qəhrəmancasına şəhid  olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu 39 nömrəli orta məktəb qəhrəmanın adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi