HAQQIMIZDA

Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəb 1959-cu ildən fəaliyyət göstərir.

Məktəb binası 1959-cu ildə istifadəyə verilib və sonuncu dəfə 2019-cu ildə əsaslı təmir olunub. Məktəbdə 86 nəfər müəllim çalışır. Onlardan 82 nəfər ali, 4 nəfər isə orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 38 sinfində 1038 şagird təhsil alır. Məktəbdə 3 inkluziv sinif var və məkktəb həyatında bu sinifdə təhsil alan şagirdlərin ehtiyacları nəzərə alınıb. Siniflərdə şagirdlərin orta sıxlığı 20 nəfərdir. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəbdə 130 yerlik akt zalı var. Məktəbdə 4 informatika kabineti var və hər bir kabinet informatika və rəqəmsal dərslərinin təşkili üçün istifadə olunur. Otaqlardan ikisində STEAM dərsləri də tədris olunur. Məktəb beş günlük iş rejimində, 2 növbədə işləyir.

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3 043 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb 2012-2013-cü il dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Məktəb 14.09.2016-cı il tarixində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, yüksək nailiyyət əldə etdiyi üçün Fəxri fərmanla təltif edilib.

2018-2019-cu dərs ilində məktəb əsaslı təmir edilib və müasir avadanlıqlarla təmin olunub. 2019-2020-ci dərs ilində R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsində “İKT-İRS” lahiyəsi ilə qalib olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi