Nailiyyətlərimiz

Fəxri ad alan müəllimimizMəktəbin fizika müəllimi Mətanət Səfərova təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası qabacıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Mətanət müəlliməni kollektivimiz adından təbrik edirik! Səsiniz daim yüksəklərdən gəlsin!

"Əziz Şuşa, Sən Azadsan" məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləriƏziz Şuşa, sən azadsan! Yaradıcılıq müsabiqəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3069 saylı Sərəncamına əsasən 2022-ci il "Şuşa ili" elan edilməsi ilə əlaqədar "Əziz Şuşa, Sən Azadsan" məktəblərarası yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqənin "Esse" nominasiyası üzrə məktəbimizin 8 "C" sinif şagirdi Nərgiz Nəsirli və 6 "A" sinif şagirdi Yaqub Yaqublu qalib olduqlarına görə təltif edilmişlər. Şagirdlərimizi təbrik edirik uğurlarının davamlı olmasını arzu edirik.

Aerobika gimnastikası üzrə VI Azərbaycan Çempionatının qalibiMəktəbimizin 6 "Ç" sinif şagirdi Leyla Orucova Yeniyetmələr arasında Aerobika gimnastikası üzrə VI Azərbaycan Çempionatında II yerə layiq görülərək təltif olunmuşdur. Leylanı təbrik edirik uğurlarının davamlı olmasını arzu edirik.

HAQQIMIZDA

Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəb 1959-cu ildən fəali...

BİZİM FƏXRLƏRİMİZ

Ləyaqət Qurbanova Əli

Məleykə Ağayeva Afət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi