27 sentyabr Anım Günü münasibətilə tədbir keçirildi

Tədbir dövlət himninin səslənməsi ilə başladı. Daha sonra Vətən uğrunda canını qurban vermiş şəhidlərin xatirəsi və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlər ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il 27 sentyabr - Vətən müharibəsinin başladığı günü, Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd edilməsi ilə əlaqədar olaraq, Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, gənc nəsli marifləndirmək, onlara vətənə, torpağa, el-obaya sevgi, ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, müstəqil dövlətimizin qədrini bilmək məqsədilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə, ali ehtiramının bir göstəricisi olaraq keçirilən Anım Günü tədbiri keçirildi.

Qalibiyyət və vətənpərvərlik uğrunda təşkil edilən tədbirdə 27 sentyabr Anım Günü barədə məlumat verildi. Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Tahirə Şükürova açaraq qeyd etdi ki, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, Dəmir yumruq kimi birləşərək Vətən müharibəsində tarixi Zəfəri təmin ediblər. 44 günlük Vətən müharibəsində igid, cəsur oğullarımızın qəhrəmanlıqlarından bəhs etdi.

Tədbirdə məktəbimizin tarix müəllimi Gülnarə Tanqrıverdiyeva çıxış edərək müharibə xronologiyası haqqında şagirdlərə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi