Beynəlxalq Ana Dili Günü qeyd olundu.

21 fevral - Beynəlxalq Ana dili günüdür!Ana dilimiz milli - mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır. Ulu öndər Heydər Əliyev dilimizin qüdrət və gözəlliyi haqqında belə deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir". Dilmizin tarixi, doğmalığı haqqinda məktəbimizin Azərbaycan dili müəllimi Günay İsmayılovanın rəhbərliyi altında 5 “Ç” sinfi ilə videodərs keçirildi. Müəllimə ana dilinin zənginliyindən bəhs edərək şagirdləri məlumatlandırdı, uşaqlar da öz növbələrində ana dilinə aid gözəl şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi