"Steam Azərbaycan məktəbi" layihəsi

Bu günlərdə STEAM Azərbaycan layihəsi çərçivəsində Respublikanın orta ümumtəhsil məktəblərinin 6-cı və 7-ci sinif şagirdləri arasında "İlk Məktəb Hakatonu (First School Hackaton) 2021" mövzusunda distant şəkildə yarış-müsabiqə keçirilmişdir. Müsabiqə 6-cı sinif şagirdləri üçün "Tinkercard", 7-ci siniflər üçün isə "Mikrobit" kateqoriyası üzrə 2 (ilkin və final) mərhələdə aparılmışdır. Müsabiqənin şərtlərinə görə iştirakçılar yarışa komanda şəklində (şagird və müəllim-rəhbər) qatılmışlar. Nərimanov rayonu R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Dəniz Zərbəliyeva da müəllimə Yaqut Hüseynlinin rəhbərliyi ilə müsabiqəyə qoşulmuş, onun 3D modelləşdirmə və dizayn üsulu ilə hazırladığı "Çay dəsgahı" layihəsi finala buraxılan 5 layihədən biri olmuşdur. Daha sonra, Dəniz Zərbəliyeva, müəllim Yaqut Hüseynlinin rəhbərliyi ilə işlədiyi "Steam Azərbaycan məktəbi" layihəsini də final mərhələsində müvəffəqiyyətlə təqdim edərək müsabiqədə 3-cü yeri tutmuş, müvafiq hədiyyə ilə mükafatlandırılmışdır. Biz məktəbimizin pedaqoji və şagird kollektivi adından Dəniz Zərbəliyeva və Yaqut Hüseynlini ürəkdən təbrik edir, onlara gələcəkdə daha böyük uğurlara imza atmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi