"Vətən Müharibəsi - Qarabağ zəfəri" adlı inşa-yazı müsabiqəsinin qalibi

3 fevral 2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Vətən müharibəsi - Qarabağ zəfəri" adlı elmi - praktiki konfrans keçirilmişdir. Birinci mərhələdə rayon ərazisində yerləşən məktəb və liseylərdə təhsil alan ümumilikdə 150-yə yaxın şagirdin müəllifi olduğu 17 mövzu üzrə inşa yazıları sırasından 35-i seçilərək 2-ci mərhələyə keçib. Daha sonra 2-ci mərhələni uğurla başa vuran on təhsil müəssisəsinin hər birindən orada təhsil alan bir şagirdin müəllifi olduğu, Vətən Müharibəsində qazanılan tarixi zəfər, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətə həsr olunmuş, bir-birindən fərqli müxtəlif mövzuları əhatə edən 10 inşa yazısı konfransda iştiraka layiq görülüb. Sonda həmin inşa- yazılardan ikisinin müəllifinə qalib adı verilməsinə qərar verilmişdir. Seçilən 2 qalibdən biri məktəbimizin 8 "a" sinif şagirdi İbadova Nilgündür. Şagirdimizi bu uğuru münasibətilə təbrik edir, ona gələcəkdə də nailiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi