Kimya ilə kəşflərə doğru

    Yeni tədris ili ilə birlikdə şagirdlərimiz yeni bir elm dünyasına qədəm qoyurlar. 7-ci sinifdən başlayaraq tədris olunan kimya fənni onların qarşısında maddələrin sirli aləmini, həyatın möcüzələrini kəşf etməyə yol açır. Bu yolda şagirdlərimizin ən böyük dayağı isə kimya müəllimimiz Xatirə müəllimədir. O, hər dərsini sevgi ilə quraraq kimyanın sadəcə bir fənn deyil, həyatın özünü anlamağın açarı olduğunu şagirdlərinə hiss etdirir. Onun səmimi yanaşması, öyrətmək həvəsi və fədakarlığı sayəsində uşaqlar, hər yeni mövzunu kiçik bir kəşf kimi qarşılayırlar. İnanırıq ki, Xatirə müəllimənin zəhməti ilə şagirdlərimizin ürəyində elmin işığı yanacaq və gələcəyin böyük alimləri yetişəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi