Məktəbimizdə zəfər ab-havası

    Uzun illərdir məktəbimiz erməni işğalı nəticəsində Füzuli rayonundan qaçqın düşmüş 56 nömrəli məktəbə isti yuva olmuşdu. Onların doğma el-obasına – bəbə baba yurdlarına qayıtması isə bizlər üçün də böyük sevinc və qürur anıdır. Bu, həm Qarabağ zəfərinin, həm də uzun illər gözlənilən həsrətin sonu deməkdir. Onların köçü məktəbimizdə də yeni nəfəs gətirdi – artıq bir neçə sinif otağımız boşalıb. Hazırda müəllim və şagirdlərimiz böyük həvəslə həmin otaqları yeni tədris ilinə hazırlayırlar. Hər bir küncdə səliqə, sevgi və ümidin izi duyulur. Biz inanırıq ki, bu siniflərdə oxuyan hər bir şagird işıqlı gələcəyimiz üçün yeni uğurlara imza atacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi