Nailiyyətlərimiz

Fərqlənən şagirdimizMəktəbimizn 11-ci sinif şagirdimiz Əminə Əsədovanın da az yaşı olmasına baxmayaraq böyük uğurlara imza atıb. Əminənin parlaq gələcəyi qazandığı uğurları təsdiqləyir. Belə ki o,Qazaxıstan "Caspian Startup-2023" müsabiqəsində 1-ci dərəcəli qrant, "Sahibkar Məktəbli" ll Respublika müsabiqəsində I yer, "Sabahın Alimləri XII Respublika müsabiqəsində 3-cü yer, "SAF-2023" innovativ sərgi kateqoriya qalibi olmaqla yanaşı həm də BAKU AMERİKAN CENTER-də "Günümüzdə Startup" mövzusunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində "İşimin adı" yay düşərgəsində Startup mövzusunda təlimçilik edib. 74-cü Beynəlxalq Astronomiya Conqresində könüllü kimi iştirak edib. BAKU AMERİKAN CENTER-də 4 həftəlik "Elektron dövrlər" üzrə dərslər tədris edib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi Technest təqaüd proqramında "İT Profect Management" kursu üzrə 100% təqaüd qazanıb. Bütün qazandığı uğurlara görə şagirdimizi məktəb rəhbərliyi və kollektivimiz adından təbrik edir, daha yüksək nailiyyətlər qazanmağını, ilklərə imza atmağını diləyirik.

Qazaxıstanla telekörpü17 yanvar 2023-cü il tarixində məktəbimizdə OCEP layihəsi çərçivəsində Qazaxıstanın Aktau şəhərindəki Nazarbayev məktəbi ilə telekörpü keçirildi. Telekörpü ortaq tale yaşamış, hər biri öz xalqının fədaisi olan Əhməd Cavad və Əhməd Baytursınova həsr edilmişdi. ZOOM proqramı üzərindən həyata keçirilən görüşdə hər iki tərəf öz məktəblərinin tanıtım videoçarxlarını, adı gedən dövlət xadimlərinə həsr olunmuş təqdimatları, onların şeirlərindən nümunələri, şeirlərinə həsr edilmiş mahnıları nümayiş etdirdilər. Görüşün unudulmaz anları 36N-li tam orta məktəbin xor kollektivinin Azərbaycanın və Qazaxıstanın Dövlət Himnlərinin ifa olunması səhnəsi idi. 1 saat 30 dəqiqə çəkən görüş gələcək layihələrin planlaşdırılması ilə bitdi.  Görüşdə Qazaxıstanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Nagima xanım İakakova və Bakı Slavyan Universitetinin müəllimi Flora xanım Nadji iştirak edirdi.

Heybət ƏhmədovMəktəbəhazırlıq qrupunun nümayəndəsi olan Heybət Əhmədov "Şuşa ili"nə həsr olunmuş "S.U.R.İ" klubunun Şotokan Karate-Do üzrə VII açıq çempionatında Ku mate üzrə bacarıq göstərərək 6 yaş qrupunda 23 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür. Heybəti təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

HAQQIMIZDA

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Bu məktəb dördmərtə...

BİZİM FƏXRLƏRİMİZ

Nəsrulla Hüseynli Elxan

Mahir Mirzəyev Sabir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi