Şagirdlərimizin idman uğurlarıAzərbaycan Respublikası Bakı şəhəri əlbəyaxa döyüş klubu 8-9 yaş uşaqlar arası açıq kuboklararası yarışda 2-ci yerə layiq görülən 3-cü sinif şagirdimiz Yusifli Murad Ramil oğludur.
"Təhsil ağlın simasıdır" adlı riyaziyyat olimpiadasıBakı şəhəri ümumi təhsil məktəblərinin VI, VII və VIII sinif şagirdləri arasında "Təhsil ağlın simasıdır" adlı riyaziyyat olimpiadası təşkil olunmuşdur. Məktəbimizin VIII sinif şagirdi Vəliyev Amil Aydın oğlu "Təhsil ağlın simasıdır" olimpidasında III yerə layiq görülmüşdür.
"Breyn Rinq" məntiq və bilik yarışıNərimanov rayonunda yerləşən orta ümumi təhsil məktəblərinin 10-cu sinifləri arasında "Breyn Rinq" məntiq və bilik yarışı keçirilmişdir. Odlar Yurdu Universitetində baş tutan yarışda məktəbimizin 10-cu sinif şagirdləri II yerə layiq görülmüşlər.