Nailiyyətlərimiz

4a sinif şagirdi Piriyeva AidaMəktəbin 4a sinif şagirdi Piriyeva Aida istedadı, savadı, nümunəviliyi ilə seçilən şagirdlərimizdəndir. Aida dərslərində çalışqan olduğu kimi gözəl rəsm çəkmək qabiliyyətinə də sahibdir. Onun göz oxşayan bacarıqlarını üzə çıxarmaq məqsədilən təşkilatçı Tamilla Soltanovanın rəhbərliyi ilə Aidanın imzasını daşıyan rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Sərgi digər şagirdlərin də dərin marağına səbəb olarkən o da sevə-sevə öz əsərlərini yoldaşlarına təqdim etdi. Sonda isə məktəbin direktoru tərəfindən məktəbin ictimai həyatında yaradıcılıq qabiliyyəti ilə fərqləndiyinə görə sertifikat ilə təltif edildi. Onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

"Mənim sevimli idman növüm" adlı inşa-yazı müsabiqəsiMəktəbin 5d sinif şagirdi Hacıyev Raid 5 Mart- Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi rayon məktəbliləri arasında keçirilən "Mənim sevimli idman növüm" adlı inşa-yazı müsabiqəsində II yeri tutduğuna görə diplom ilə təltif olunmuşdur. Raidi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!

"Soyqırım gənc rəssamların gözü ilə" adlı məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsiMəktəbimizin şagirdi Mirzəzadə Zəhra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 Fevral Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı "Soyqırım gənc rəssamların gözü ilə" adlı məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsində şagirdimiz fərqləndiyinə görə Fəxri fərmanla təltif edilmişdir. Zəhranı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

HAQQIMIZDA

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Bu məktəb dördmərtə...

BİZİM FƏXRLƏRİMİZ

Mahir Mirzəyev Sabir

Səbinə Həsənova Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi