Nailiyyətlərimiz

Qazaxıstanla telekörpü17 yanvar 2023-cü il tarixində məktəbimizdə OCEP layihəsi çərçivəsində Qazaxıstanın Aktau şəhərindəki Nazarbayev məktəbi ilə telekörpü keçirildi. Telekörpü ortaq tale yaşamış, hər biri öz xalqının fədaisi olan Əhməd Cavad və Əhməd Baytursınova həsr edilmişdi. ZOOM proqramı üzərindən həyata keçirilən görüşdə hər iki tərəf öz məktəblərinin tanıtım videoçarxlarını, adı gedən dövlət xadimlərinə həsr olunmuş təqdimatları, onların şeirlərindən nümunələri, şeirlərinə həsr edilmiş mahnıları nümayiş etdirdilər. Görüşün unudulmaz anları 36N-li tam orta məktəbin xor kollektivinin Azərbaycanın və Qazaxıstanın Dövlət Himnlərinin ifa olunması səhnəsi idi. 1 saat 30 dəqiqə çəkən görüş gələcək layihələrin planlaşdırılması ilə bitdi.  Görüşdə Qazaxıstanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Nagima xanım İakakova və Bakı Slavyan Universitetinin müəllimi Flora xanım Nadji iştirak edirdi.

Heybət ƏhmədovMəktəbəhazırlıq qrupunun nümayəndəsi olan Heybət Əhmədov "Şuşa ili"nə həsr olunmuş "S.U.R.İ" klubunun Şotokan Karate-Do üzrə VII açıq çempionatında Ku mate üzrə bacarıq göstərərək 6 yaş qrupunda 23 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür. Heybəti təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

4a sinif şagirdi Piriyeva AidaMəktəbin 4a sinif şagirdi Piriyeva Aida istedadı, savadı, nümunəviliyi ilə seçilən şagirdlərimizdəndir. Aida dərslərində çalışqan olduğu kimi gözəl rəsm çəkmək qabiliyyətinə də sahibdir. Onun göz oxşayan bacarıqlarını üzə çıxarmaq məqsədilən təşkilatçı Tamilla Soltanovanın rəhbərliyi ilə Aidanın imzasını daşıyan rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Sərgi digər şagirdlərin də dərin marağına səbəb olarkən o da sevə-sevə öz əsərlərini yoldaşlarına təqdim etdi. Sonda isə məktəbin direktoru tərəfindən məktəbin ictimai həyatında yaradıcılıq qabiliyyəti ilə fərqləndiyinə görə sertifikat ilə təltif edildi. Onu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

HAQQIMIZDA

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Bu məktəb dördmərtə...

BİZİM FƏXRLƏRİMİZ

Ayxan Novruzov Musa

Mahir Mirzəyev Sabir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi