Nailiyyətlərimiz

"Sığorta uşaqların gözü ilə" rəsm müsabiqəsində uğurla iştirak etmiş şagirdimizMəktəbin 4a sinif şagirdi Mirzəzadə Zəhra Azərbaycan Respublikasının Mərkəzi Bankının İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə həyata keçirdiyi "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi" layihəsi çərçivəsində Maliyyə savadlılığı ayında (noyabr) təşkil olunan "Sığorta uşaqların gözü ilə" rəsm müsabiqəsində uğurla iştirak etmiş, nəticə olaraq mükafatlandırılmışdır. Zəhranı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik. Xüsusilə, bildirmək istəyirik ki, məktəbin direktoru Gülnarə Cəfərova Zəhranı təbrik edərkən digər şagirdləri də bu tipli müsabiqələrdə iştirak etmək üçün həvəsləndirdi və onlara öz istedadlarını üzə çıxarmaq üçün əhəmiyyətli tövsiyələr verdi.

Gələcəyin çempionlarıMəktəbin 5c sinif şagirdi İsmayılzadə İsgəndər Rusif oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə Gömrük klubunun açıq birinciliyində iştirak edərək 2-ci yerə layiq görülmüşdür.

Gələcəyin çempionlarıMəktəbin 8d sinif şagirdi Ramazanov Talıb Bəxtiyar oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi futbol üzrə yarışda iştirak etdiyi komanda 3 dəfə 1-ci yerə, AFFA-nin təşkil etdiyi yarışda isə 2 dəfə 1-ci yerə çıxaraq qızıl medala layiq görülmüşdür.

HAQQIMIZDA

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Bu məktəb dördmərtə...

BİZİM FƏXRLƏRİMİZ

Mahir Mirzəyev Sabir

Sona Xəlilli Zahid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi