HAQQIMIZDA

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Bu məktəb dördmərtəbəli əsas və üçmərtəbəli əlavə korpusdan ibarətdir. Əlavə korpusda ibtidai təhsil həyata keçirilir. 2013-cü ildə əsaslı təmir edilmişdir, sinif sayı 40, şagird sayı 1030, müəllim sayı 97 nəfərdir. Tədris Azərbaycan dilindədir. İş rejimi beşgünlük və birnövbəlidir.

Pedaqoji heyətə 2 nəfər “Əməkdar müəllim”, 7 nəfər “Qabaqcıl təhsil işçisi”, 2 nəfər “Tərəqqi” medalına layiq görülmüş müəllim daxildir. Bu müəllimlərin sırasında dərslik müəllifi olan, elmi-publisistik məqalələri müxtəlif nüfuzlu mətbu orqanlarda dərc olunan pedaqoqlar var.

Şagirdlər lazimi avadanlıqlarla təchiz edilmiş biologiya, kimya, fizika laboratoriyalarından, hərbi, STEAM, informatika kabinetlərindən istifadə edirlər. Məktəbdə fəaliyyət göstərən tarix, rəsm, diyarşünaslıq dərnəkləri məktəblilərin hərtərəfli inkişafinda mühim rol oynayır.

Dövlətçilik ideyalarına sadiqlik, vətənpərvərlik ruhu şagirdlərimizin hər bir hərəkətində hiss edilməkdədir. Tariximizin igidlik salnaməsinə 36 №-li tam orta məktəbin şəhid məzunlarının adları da qızıl hərflərlə yazılıb. Məktəbə adları verilən Natiq və Azər Novruzovlar I Qarabağ müharibəsinin, Mahir Mirzəyev Aprel döyüşlərinin, Oruc Vəliyev II Qarabağ müharibəsinin qəhrəmanlarındandır.  Şəhidlərimizdən biri də məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəmidə Əliyevanın övladı- Qaraheybeytdə helikopter faciəsində həlak olan mayor Emil Əliyevdir. Onların hər biri gənc nəsil üçün nümunədir.

Məktəbimizin məzunları yüksək balla respublikanın və xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Şagirdlərimizin arasında məktəbi qızıl medalla bitirən, Respublika Fənn Olimpiadasının, müxtəlif beynəlxalq yarışların, müsabiqələrin qalibləri var. SASMO üzrə qızıl medal, “KİNGS” İnternational School Olimpiadas” çərçivəsində bürünc medal, FİSO beynəlxalq müsabiqəsində Riyaziyyat üzrə qızıl medal, Beynəlxalq STEAM Olimpiadasında Grand Final mərhələsində Cooding-hesablama üzrə gümüş, rayaziyyat üzrə gümüş, riyaziyyat üzrə bürünc medal qazanmış şagirdlərimiz var. Şagirdlərimizdən biri “Caspian Startup 2023” müsabiqəsinin 1-ci dərəcəli qrantını qazanıb. “Sabahın alimləri” XII Respublika müsabiqəsində, Voluntee-ring pf 74th İnternational Astranomical Congress-də iştirak edib mükafatlar qazanıb. İki şagirdimiz 2023-cü il Respublika Fənn Olimpiadasında yarımfinala yüksəlib. “SAF 2023” “İnnovativ sərgi” kateqoriası üzrə qalib olmuş, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təçkil etdiyi Techost təqaüd proqramında “İQ Project Managment” kursu üzrə 100%-lik təqaüd qazanmışdır. “SPARE” Beynəlxalq Məktəbi üzrə, Birləşmiş Krallıqda 30-cu Golden Talent rəsm yarışması üzrə “Şahin” hərbi-idman yarışmalarında mükafat qazanan şagirdlərimiz çoxdur.

Novruzov qardaşları adına 36 №-li tam orta məktəb Olimpiya Mədəniyyəti və Təhsil Proqramı-OCEP layihəsinə qoşulub. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə start verilən və geniş vüsət alan bu proqram olimpiya hərəkatını və onun hörmət, dostluq, mükəmməllik dəyərlərini özündə ehtiva edir. Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan bu proqrama əsasən məktəbimiz Qazaxıstan Respublikasının nüfuzlu Nazarbayev adına İntellektual məktəbi ilə dostlaşıb. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm tədbirlər həyata keçirilmişdir. Milli-mənəvi dəyərlər, maddi-mədəniyyət abidələri ilə tanışlıq xalqlarımız arasındakı dostluq, qardaşlıq bağlarının daha da möhkəmlənməsi üçün böyük rol oynamışdır.

Məktəbimizdə gənc nəslin ekoloji tərbiyəsi üzrə mühüm işlər görülmüşdür. Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində təşkil olunmuş “Yaşıl guşə”, “Yaşıl bufet”, “Oranjereya” bu qəbildəndir.

Bu təhsil ocağı qazandığı nailiyyətlərlə kifayətlənmir. Pedaqoji heyət öz bilik və təcrübəsini daim artırır və şagirdlərlə bərabər yeni-yeni uğurlara imza atır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi