Zəhmətin bəhrəsi: Fərqlənmə attestatları təqdim olundu.

Bu gün məktəbimizin həyatında qürurverici bir an yaşandı. İllərlə çəkilən zəhmətin, səbrin və əzmin nəticəsi olaraq
Quliyeva Səma, Əzizli Fatimə, Hüseynli Əfsanə və İsazadə Toğrul fərqlənmə attestatlarını böyük sevinc və həyəcanla qəbul etdilər.
Bu sənəd təkcə qiymət deyil, illərlə davam edən fədakarlığın, çalışqanlığın və qarşıya qoyulan məqsədlərə doğru inamla atılan addımların rəmzidir.
Əziz məzunlarımız, siz bu uğurla yalnız müəllimlərinizi deyil, həm də ailələrinizi sevindirdiniz.
Sizinlə qürur duyuruq! Gələcək həyatınızda daha böyük uğurlara imza atacağınıza inanırıq.
Sizi bir daha təbrik edirik