Şuşada “Global Research Conference – AI for a Better Future” beynəlxalq elmi konfrans.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamında müəyyən edilmiş milli prioritetlərə əsaslanaraq, Şuşa şəhərində 16 iyun 2025-ci il tarixində “Global Research Conference – AI for a Better Future” adlı beynəlxalq elmi konfrans keçirildi.
Konfransın əsas məqsədi süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq platforması yaratmaq, elmi tədqiqatları təşviq etmək və COP29-a dəstək vermək idi.
Konfransın tərəfdaşları və iştirakçıları
Konfrans AIII (Artificial Intelligence International Institute – Sinqapur), Azərbaycan ETN Fizika İnstitutu, AI for Humanity təşəbbüsü, Beynəlxalq Ekoenergetika Akademiyası və 100-dən çox yerli və xarici universitetin professor-müəllim heyəti ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Tədbirdə süni intellektin tətbiqi ilə bağlı 40-dan çox təqdimat dinlənilib.
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva da bu konfransda "Süni intellekt məktəb rəhbərliyi üçun" məruzəsi ilə çıxış etmişdir.
Konfrans iştirakçıları üçün Laçın şəhərində ekoloji gəzinti, həmçinin Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində elmi görüş təşkil olunub. Bu səfərlər konfransın həm elmi, həm də mədəni baxımdan inteqrasiya xarakterini nümayiş etdiritdi.
bütün iştirakçılara beynəlxalq sertifikatlar yalnız rəqəmsal şəkildə göndərildi. Bu yanaşma COP29-un ekoloji çağırışlarına uyğun olaraq, ətraf mühitin qorunmasına dəstək məqsədi daşımışdır.
Konfransın sonunda rəsmi yekun protokol qəbul edilmişdir. Sənəddə süni intellekt üzrə beynəlxalq əməkdaşlıqların davam etdirilməsi, birgə tədqiqatların aparılması və gələcək beynəlxalq layihələrdə iştirak planları qeyd olunmuşdur.