10-cu sinif şagirdimiz beynəlxalq olimpiadada uğur qazandı.
Məktəbimizin 10-cu sinif şagirdi Rzalı Şəkər “Olimpiad VSA” beynəlxalq olimpiadasının seçim mərhələsində yüksək nəticə göstərərək məktəbimizin fəxrinə çevrilib. O, ingilis dili fənni üzrə qızıl medal, riyaziyyat fənni üzrə isə bürünc medal qazanaraq həm fənn biliklərini, həm də beynəlxalq arenada uğurla təmsil olunma bacarığını nümayiş etdirib. Şagirdimizi bu böyük nailiyyəti münasibətilə təbrik edir, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.