Müəllimlərimizin uğuru

Bu gün məktəbimizin pedaqoji kollektivini sevindirən daha bir uğuru bölüşməkdən qürur duyuruq. Müəllimlərimiz müəllimlərin sertifikasiya imtahanında yüksək nəticələr göstərərək, bir daha peşəkarlıqlarını və fədakar əməklərini sübut ediblər. Fizika müəllimi Şirəliyeva Şəfəq 56 bal, biologiya müəllimi İsmayılzadə İlhamə 51 bal və fizika müəllimi Bayramova Ziyafət 50 bal toplayaraq uğurla imtahanı başa vurublar.
Bu nəticələr müəllimlərimizin davamlı inkişaf və keyfiyyətli təhsilə verdiyi töhfənin göstəricisidir. Sertifikasiya imtahanından uğurla keçmiş bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.