Yeni Tədris İlində Yeni Ümidlər və Hədəflər

2025–2026-cı tədris ilinin başlanması münasibətilə məktəbimizdə Pedaqoji Şura iclası keçirildi. Şurada məktəbimizin direktoru Gülnarə Cəfərova çıxış edərək ötən ilin uğurlarını yüksək qiymətləndirdi, qarşıda duran məqsədlərdən və həllini gözləyən məsələlərdən danışdı. O, həmçinin yeni tədris planı ilə kollektivimizi tanış etdi, tədris prosesində keyfiyyətin yüksəldilməsi üçün atılacaq addımları vurğuladı. O, bu il hədəfimizin müəllimlərimizin zəhmətini daha da məhsuldar etməyi, şagirdlərimizin bilik və bacarıqlarını inkişaf etdirməyi bildirdi. Məqsədimiz hər bir şagirdin potensialını tam şəkildə ortaya çıxarmaq, onları gələcək uğurlara hazırlamaqdır. Yeni tədris ili – yeni ümidlər, yeni planlar və yeni zirvələr deməkdir. Hər bir müəllimimizin zəhməti, hər bir şagirdimizin əzmi bizim üçün ən güclü dayaqdır. İnanırıq ki, birgə əməkdaşlıqla məktəbimizin adını daha da ucaldacaq, təhsil sahəsində yeni uğurlara imza atacağıq. 2025–2026-cı tədris ilində bütün müəllimlərimizə və şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi