Bu gün ölkəmizin hər tərəfində olduğu kimi məktəbimizdə də Bilik Günü böyük sevinclə qeyd olundu. Birincilərimizin gözlərindəki işıq, ürəklərindəki həyəcan məktəbə ilk addımlarını daha da möhtəşəm etdi. Onların səmimi gülüşləri bizə gələcəyin ümidini və uğurlu sabahlarını göstərdi. Tədbirdə məktəb direktorumuz, şəhid valideynləri, yerli icra nümayəndəsi və Ağsaqqallar Şurasının üzvləri iştirak edərək şagirdlərimizə öz təbriklərini və xeyir-dualarını çatdırdılar. Bu anlar həm duyğulu, həm də qürurverici oldu. Yeni dərs ili hamımız üçünün yeni- yeni uğurlarla bol olsun.