Kövsər Vahabovanın əziz xatirəsinə və əməyinə minnətdarlıqla
Bu gün məktəbimizdə duyğulu və unudulmaz anlar yaşanı . Ömrünün 40 ilini təhsil ocağımıza, balaca fidanların böyüyüb elm yoluna qədəm qoymasına həsr edən ibtidai sinif müəllimimiz Kövsər Vahabova çalışmanın yaş həddi ilə əlaqədar pedaqoji fəaliyyətinə son qoydu. Onun illərlə səbr, sevgi və fədakarlıqla yetişdirdiyi yüzlərlə şagird bu gün cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Müəlliməmizi həm kollektiv, həm də dərs dediyi şagirdlər böyük hörmət və təmtəraqla,kövrəkliklə yola saldı. Kövsər müəllimin zəhməti, qayğısı və təhsilimizə bəxş etdiyi dəyərli töhfələr hər zaman minnətdarlıqla xatırlanacaq.