Aytən Bağıyeva - Təhsildə İnnovasiyalar üzrə Qrand müsabiqəsinin qalibi

    Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyeva yenidən böyük uğura imza atdı. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnnovasiyalar üzrə Qrand müsabiqəsinə qatılaraq “Beynəlxalq sertifikatlı müəllim” layihəsinin 9-cu qrant müsabiqəsinin qalibi seçildi. Daha da qürurverici məqam odur ki, bu, Aytən müəllimənin həmin layihədə artıq 3-cü qalibiyyətidir. Bu uğur təkcə Aytən müəllimənin zəhmətinin deyil, həm də müəllim adının ucalığının, peşəsinə olan sevgisinin və fədakarlığının bariz nümunəsidir. Onun qazandığı hər bir nailiyyət məktəbimiz üçün də qürur və sevinc mənbəyidir. Aytən müəllimisəmimi qəlbdən təbrik edir, gələcəkdə də daha böyük zirvələr fəth etməsini arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi