Qazaxıstan səfərimiz

Bu gün günə sevinc və həyacanla başladıq. Bütün kollektiv intizarla məktəbimizin Qazaxıstandan işgüzar səfərdən gələn müəllim şagird heyətini gözləyirdi.
     Belə ki, Ocep layihəsi çərçivəsində məktəbimiz Qazaxıstanın Aktau şəhərində yerləşən Nazarbayev adına məktəblə qardaşlaşıb. Ötən tədris ili məktəbimizdə qonaq olan Nazarbayev məktəbinin kollektivi bu dəfə məktəbimizin müəllim və şagird heyətini ölkələrində qəbul ediblər.
     4nəfər müəllim və 3 nəfər şagirddən ibarət heyətimiz Qazaxistan Respublikasında milli mənəvi dəyərlərimizi, nümayiş etdiriblər, ölkəmizi layiqincə təmsil ediblər.Səfərin ilk günü heyətimiz Qazaxıstan adət-ənənəsi ilə qarşılandıqdan sonra məktəblə tanış olublar. Müəllim və şagird kollektivi ilə tanışlıqdan sonra təntənəli tədbir keçirilib. Tədbirdə məktəbimizin direktoru Gülnarə xanım Cəfərova ölkəmizi tanıtmaq məqsədilə geniş video təqdimat etmiş məktəbin rus dili müəllimi, Əməkdar müəllim Solmaz Hüseynova milli şirniyyat növlərimizlə, narla və kəlağayı ilə tanış etmişdir.
     17.11.2023-cü il tarixdə Qazaxıstanın fəxri, olimpia mükafatçısı Adilbek Niyazımbetovla görüşdən sonra məktəbin həyətində dostluq əlaməti olaraq "Xan çinar" ağacı əkilib. Daha sonra Azərbaycanın Aktau şəhərindəki konsulluğunun nümayəndəsi ilə görüş keçirilib, hədiyyələr təqdim olunub. Yessenor universitetində "Azərbaycan Mərkəzi" ictimai fondunun direktoru  İlkin Qurbanovla görüş keçirilib.
      Axşam saatlarında isə  Nazarbayev məktəbində müəllimlərimizin milli mətbəximizdən düşbərə və gürzənin hazırlanması onların böyük marağına səbəb olub.
     Səfərin növbəti günlərində isə nümayəndə heyətimiz Almata şəhərinin görməli yerləri ilə tanışlıqdan sonra ruh yüksəkliyi ilə ölkəmizə dönüblər 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi