Narkomaniyaya həsr olunmuş “Zərərli vərdişlərə yox!” adlı növbəti maarifləndirici tədbir keçirilib

Məktəbimizdə narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər davam edir. Bu gün keçirilən tədbirdə Nərimanov  RPİ- nin 16-cı Polis bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilmiş, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçıları məlumatlandırılmışdır. Yeniyetmə və gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi