"Bahar çələngi" layihəsi çərçivəsində Novruz tədbirləri həyata keçirilir

Tədris müəssisəmizdə "Bahar çələngi" layihəsi çərçivəsində Novruz tədbirləri həyata keçirilir. Belə ki, layihənin reallaşdırılması məqsədilə direktor Gülnarə Cəfərova, təşkilatçı Tamilla Soltanova və musiqi müəllimi Nərminə Uluxanovanın rəhbərliyi ilə məktəbdə milli adət-ənənələrimizə uyğun kompozisiyalardan, bayram əhvali-ruhiyyəli səhnəciklərdən ibarət tədbirlər keçirilmiş, şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuş, Novruz guşələri və divar qəzetləri hazırlanmış, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşalar hazırlanmışdır. Tədbirdə pedaqoji təcrübə keçmək üçün məktəbə gələn tələbələrin xüsusi əməyi olmuş, şagirdlər ilə birgə kompozisiyaların təqdim olunmasına dəstək olmaqla yanaşı, onlar da fəal iştirak etdilər. Bir daha bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, firavan həyat arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi