“Aşpaz köməkçisi” qrupu üzrə açıq dərs

25 aprel 2025-ci il tarixində 10 “P” Peşə Təmayüllü sinifində “Aşpaz köməkçisi” qrupu üzrə açıq dərs keçirildi. Açıq dərsin məqsədi şagirdlərin aşpaz köməkçisi peşəsinə dair nəzəri bilik və praktiki bacarıqlarını nümayiş etdirmək, onların aşpazlıq sənətinə marağını artırmaq və peşə bacarıqlarının inkişafına dəstək olmaq idi. Tədbir zamanı şagirdlər əldə etdikləri bilik və bacarıqları praktik tapşırıqlar vasitəsilə nümayiş etdirdilər və aşpazlıq sahəsində əsas bacarıqların mənimsənilməsinə xüsusi diqqət yetirildi.