Açıq dərs

  25 aprel tarixində 7 “B” sinif şagirdləri ilə fənnə maraq oyatmaq, təcrübə və oyunlar vasitəsilə praktiki biliklərini artırmaq, həmçinin qrup şəklində işləmə bacarıqlarını inkişaf etdirmək məqsədilə açıq dərs təşkil olundu. Kimya fənninə həsr olunmuş bu dərs Baytalova Ramiyə müəllimin rəhbərliyi ilə məktəbin həyətində keçirildi. Açıq məkanda dərsin təşkili şagirdlərin motivasiyasını artırdı, onların dərsə maraq və fəallıqlarını daha da yüksəltdi. Şagirdlər təcrübələrdə yaxından iştirak etdilər, oyunlar vasitəsilə nəzəri biliklərini möhkəmləndirdilər və komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi