“English Festival of Talent”

29 aprel tarixində 329 nömrəli məktəbdə İngilis dili müəllimlərinin təşkilatçılığı ilə İngilis dili aylığı çərçivəsində rəngarəng və yaddaqalan bir tədbir — “English Festival of Talent” keçirildi. Tədbir boyunca məktəbin istedadlı şagirdləri səhnədə öz bacarıqlarını nümayiş etdirdilər. Şeir nümunələri, rəngarəng rəqslər, maraqlı səhnəciklər və təqdimatlar zalda əyləşən hər kəsi valeh etdi. Festival təkcə əyləncə deyil, həm də maarifləndirici xarakter daşıyırdı — uşaqlar həm dil bacarıqlarını inkişaf etdirdi, həm də özünəinamla çıxış etməyi öyrəndi. Bu cür tədbirlər şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq və ingilis dilinə marağı artırmaq baxımından böyük əhəmiyyət daşıyır.