“Elmlər Bayramı” adlı tədbir

  30 aprel tarixində məktəbdə “Elmlər Bayramı” adlı tədbir keçirildi. Tədbir riyaziyyat-fizika aylığı çərçivəsində riyaziyyat müəllimi Həşimli Şahnazın təşkilatçılığı ilə baş tutdu.Tədbir zamanı məktəbin şagirdləri tərəfindən maraqlı şeir və mahnı nümunələri, həmçinin səhnəciklər nümayiş etdirildi. Şagirdlər arasında bilik yarışmaları, tapmaca və maraqlı sual-cavab sessiyaları təşkil olundu.Tədbir həm maarifləndirici, həm də əyləncəli atmosferdə keçdi. İştirakçılar elmlə bağlı yeni məlumatlar əldə etdilər və tədbirdən böyük zövq aldılar. Tədbirin sonunda qonaqlara və iştirakçılara əlavə məlumatlar təqdim olundu, şagirdlərin fəallığı və yaradıcılığı xüsusi qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi