Kiçik Akademiya

"KİÇİK AKADEMİYA" NIN SEMİNARIMəktəbin fəaliiyət planına uyğun olaraq “Kiçik Akademiya”nın növbəti onlayn seminarı keçirildi. Seminarda məktəbin direktoru Sevil Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Həsənova Zəhra, “Kiçik Akademiya”nın üzvləri və şagirdləri iştirak etdilər. Seminarda “Kiçik Akademiya”nın rəhbəri olan Zəhra Həsənova çıxış edərək ötən tədris ilində görülən işlər barəsində geniş məlumat verdi, “Kiçik Akademiya”nın tərkibinə yeni qoşulmuş üzvəri açıqladı. Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparılmasının vacibliyini vurğuladı. Sonda isə məktəbin direktoru Sevil Əliyeva akademiya , çərçivəsində şagirdlərin müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparacaqları məruzə, tezis, refat hesabatlar hazırlamaları, həm fərdi, həm də kolektiv şəkildə həmin işləri yerinə yetirə biləcəklərini iştirakçıların diqqətinə çatdıraraq uğurlar arzuladı.

Ətraflı

“MƏKTƏB EKOLOGİYASI” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KİÇİK AKADEMİYANIN FƏALİYYƏTİDekabrın 3-də məktəbin Kiçik Akademiyanın üzvləri olan 8-10-cu sinif şagirdləri “Məktəb ekologiyası” layihəsi çərçivəsində tədqiqat apardılar.Bununla bağlı olaraq məktəbin daxilində oksigenlə zəngin olan xlorofitum bitkisinin dibçəklərə əkilməsi, sinif otaqlarına və məktəbin foyesinə yerləşdirilməsi təşkil edildi. Tədqiqadın məqsədi Kiçik Akademiyanın fəaliyyətinin gecləndirilməsi, üzv olmağa maraq oyatmaq və şagirdlərin elm sahələrinə olan marağın artırılmasıdır.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN ÜZVLƏRİNİN HAZIRLADIQLARI TƏQDİMATLAR"Kiçik Akademiya"nın üzvləri Uşaq Birliyi Rəhbəri İntizar Əliyevanın təşkilatçılığı ilə 21 may tarixində biologiya, kimya, fizika və tarix fənləri üzrə hazırladıqları təqdimatları nümayiş etdirdilər. Biologiya fənni üzrə "Kiçik Akademiya"nın üzvləri olan Qəndab, Mirnazim, Sevgi və Qureyş "Stress, Depressiya və Psixoz" mövzusunda təqdimatlar hazırladılar. Biologiya fənni üzrə "Kiçik Akademiya"nın elmi rəhbəri Vüsalə Süleymanovanın köməkliyi ilə hazırladıqları təqdimatları nümayiş etdirdilər. Tədbirdə kiçik tədqiqatların köməkliyi ilə zalda olan şagird və müəllimlərlə stress və depressiya səviyyələrini test keçirərək yoxladılar. Kimya fənni üzrə müəllim Gülü Rzyevanın köməkliyi ilə "Kİçik Akademiya"nın üzvləri Sona və Fatimə "Həyat mənbəyimiz: - Oksigen" mövzusunda təqdimat hazırladılar. Sona Oksigen mövzusunda geniş məlumat verdi. Sonda təhlükənin və faydanın mükəmməl şəkildə tarazlıq nisbətini təcrübə ilə nümayiş etdirdilər. Fizika fənni üzrə müəllim Fəridə Məhərrəmova "Kiçik Akademiya"nın üzvləri Mirnazim, Zeynəb, Qureyş, Azər və Ələkbər ilə birlikdə AES haqqında ilkin anlayışları verdilər, hazırladıqları slaydları nümayiş etdirdilər. Daha sonra Azərin günəş enerjisi barədə hazırladığı video təqdim olundu. Sonda Qureyş en böyük faciələrdən biri olan Çernobel hadisəsi haqqında məlumat verdi. Tarix fənni üzrə Günel Quluzadənin köməkliyi ilə "Kiçik Akademiya"nın üzvləri Üzeyir, Zülfü, Ruslan, Sadiq, Fidan, Fatimə qədim və müasir Azərbaycanın tarixinin qəhrəman övladlarının, onların həyat və mübarizə yolunun əks etdirilməsi mövzusunda təqdimatlar hazırladılar və nümayiş etdirdilər. Bucür təqdimatların hazırlanmasında əsas məqsəd şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqtçılıq bacarıqlarının formalaşdırılmasıdır.

Ətraflı
HAQQIMIZDA

Səbail rayonu 329 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sər...

BİZİM FƏXRLƏRİMİZ

Ləman Məmmədli Rauf

Süleymanlı Pərvanə Süleyman

HAQQIMIZDA

Səbail rayonu 329 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sər...

BİZİM FƏXRLƏRİMİZ

Ləman Məmmədli Rauf

Süleymanlı Pərvanə Süleyman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi