Mülki Müdafiə

2 may tarixində məktəbin akt zalında Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri, hərbi institut, hərbi kolleclər və hərbi liseylərin tanıdılması, həmin müəssisələrə qəbulun təşviqi məqsədilə təbliğat tədbiri təşkil olunub. Görüşdə məktəbin 9-10-11-ci sinif şagirdləri və onların valideynləri iştirak ediblər. Milli Müdafiə Universitetinin əməkdaşları tərəfindən şagirdlərə və onların valideynlərinə Milli Müdafiə Universitetinin strukturları, xüsusi təyinatlı təhsil müəssisələrinə elektron sənəd qəbulunun şərtləri, ixtisaslar, fakültələr, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib.Tədbirin sonunda videoçarx izlənilib, suallar cavablandırılıb.Görüşün əsas məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin hərbi təhsilə marağının artırılması, eləcə də gələcək hərbi kadr ehtiyatının formalaşdırılması istiqamətində maarifləndirici işlərin aparılması olub.