HAQQIMIZDA

Səbail rayonu 329 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Səbail RİH tərəfindən inşa edilmişdir. 4 sentyabr 2012-ci il tarixdə ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdur. Məktəb 880 nəfərlik şagird tutumuna malikdir. Məktəb 1 növbədə işləyir. Tədrs Azərbaycan dilində aparılır.

Hazırda məktəbdə 2023-2024-cü tədris ili üzrə 24 sinifdə və 1 məktəbəhazırlıq qrupunda 581  şagird təhsil alır. Şagirdlərə 37 müəllim və Fəlsəfə doktoru dərs deyir.  Pedaqoji kollektivin əsasını müasir təlim metodlarına üstünlük verən müəllimlər təşkil edirlər.

2017-2018-ci tədris ilində XI sinfi bitirən 22 şagirddən 17 şagird yüksək ballarla müxtəlif ali məktəblərə daxil olmuşlar. 2018-2019-ci tədris ilində XI sinif şagirdi Cahandar Quluzadə yüksək nəticə göstərərək 680 bal toplamışdır. 2022-2023-cü tədris ilində IX sinif şagirdlərinin nəticəsinə əsasən Bakı şəhəri üzrə 23-cü, Səbail rayonu üzrə 4-cü  , IV sinif şagirdləri isə  Bakı şəhəri üzrə 37-ci, Səbail rayonu üzrə isə 3-cü yeri qazanmışdır.

Məktəbimizdə 2019-2020-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi, 2020-2021-ci ildə isə STEAM layihəsi tətbiq olunmağa başlayıb. 

Məktəbin 2018-2019-cu ildə yaradılmış xoru az müddət ərzində həm rayon, həm də şəhər tədbirlərində fəal iştirak edir.

" Hər birimiz bir çiçək " layihəsinin davamı olaraq 2021-2022-ci tədris ilində Vətən müharibəsi şəhidlərinin xatirəsinə " Şəhidlərin ruhu naminə çiçəklən Azərbaycan"  layihəsi başladılaraq həyətyanı sahədə və məktəbdaxilində mütəmadi olaraq ağac və gül əkmə prosesi həyata keçirilir. 

 

Şagirdlərimiz 2021-c il " Böyük Zəfər " devizli mini-futbol üzrə Səbai rayon turnirində, 2021-ci il 2 fevral " Gənclər Gününə" həsr olunmuş Stibol üzrə Səbail rayon turnirində, 2022-ci il  "Basketbol " turnirində , məktəblərarası respublika çempionatının II mərhəlsində "Voleybol"  idman növü üzrə I yerə layiq görülüblər.

Məktəbimiz " Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi- praktiki konfransın rayon mərhələsinin qalibi olmuşdur.

Məktəbimiz "Təhsildə inkişaf və innovasiyalar üzrə  III qrant müsabiqəsində"  fərdi kateqoriyada, "Təhsildə inkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsində " isə ümumi təhsil kateqoriyasında qalib olmuşdur. 

Məktəbin devizi yüksək təhsillə yanaşı milli dəyərlərə söykənən vətənpərvər ruhda layiqli vətəndaşlar yetişdirməkdir.

2023-2024-cü tədris ilində Təhsildə İnkişaf və innovasiyalar üzrə VII Qrant Müsabiqəsi üzrə Sinif üçün Microsoft Qarışıq Reallıq Proqramları MR ( Mixed Reality) layihəsi qalib olub. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi