Arəstə Baxışovanın xatirəsinə həsr olunmuş voleybol turniri

1 may tarixində 329 nömrəli məktəbdə Vətən müharibəsində iştirak etmiş və şəhid olmuş ilk azərbaycanlı qadın tibb işçisi – Arəstə Baxışovanın anım gününə həsr olunmuş məktəbdaxili voleybol turniri keçirildi.Turnirdə 6–9-cu sinif şagirdləri iştirak etdilər. Yarış gərgin və rəqabətli idman mühiti ilə yadda qaldı. Şagirdlər həm vətənpərvərlik ruhunu yaşatdılar, həm də idman bacarıqlarını nümayiş etdirdilər.Turnirin sonunda qalib komandalar məktəb rəhbərliyi tərəfindən sertifikatlarla təltif olundu. Tədbir, həm idmanın təşviqi, həm də şəhidin əziz xatirəsinin yad edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.Bu cür tədbirlər məktəblilərdə həm vətən sevgisini, həm də fiziki aktivliyi təşviq etmək baxımından böyük rol oynayır. Se