Kiçik Akademiya

Filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədovla görüş19. 05. 2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Bədirxan Əhmədov məktəbin qonağı oldu. Bədirxan müəllim məktəbin "Kiçik Akademiya"sı qarşısında çıxış edərək Qarabağ ədəbiyyatı haqqında mühazirə dedi. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş oldu.

Ətraflı

"Kiçik Akademiyanın" "Şair Nizami Gəncəvi dövrünün alimidir" mövzusunda seminarı328 nömrəli məktəb. Nizami Gəncəvi aylığı. 22.04.2021-ci il tarixində "Kiçik Akademiyanın" "Şair Nizami Gəncəvi dövrünün alimidir" mövzusunda seminarı oldu. Şagirdlər Nizaminin müxtəlif elm sahələrinə aid olan biliklərini təqdim etdilər. Onlar tədqiqat işlərində Bayram Apayevin araşdırmalarından istifadə etmişlər. 1) Nuray Gülverdizadə Nizami haqqında ümumi məlumatlar verərək onun bir neçə dil bilməsini, müxtəlif elmlərdən məlumatlı olduğunu bildirdi, 2) Ləman Quliyeva Nizaminin riyazi biliklərindən, onun koordinat sitemini bilməsindən, düz xətti nöqtələrin həndəsi yeri kimi təsvir etməsindən danışdı, 3) Aynurə Nazirova Nizaminin kimya elminə bələd olduğunu bildirdi. O, Nizaminin civənin qızıl tozlarını yığa bilməsi haqqında fikirlərini, almazı qalaya bənzətməsini şairin misraları ilə təqdim etdi, 4) Aysel Əbdürrəhmanova Nizaminin coğrafi biliklərini təsvir edərək Nizaminin Yerin kürə şəklində olduğunu bildiyini, ancaq səhvən planetlərin geosentrik quruluşda olduğunu təsəvvür etdiyini bildirdi, 5) Rafiq Məhəmmədov Nizaminin fzikaya aid fikirlərini seminar iştirakçılarına çatdıraraq, onun işığın yeddi rəngdən ibarət olduğunu Avropa alimlərindən əvvəl bildiyini qeyd etdi, 6) Tünzalə Cahangirova Nizaminin anatomiyaya və tibbə aid bilikərinin olduğunu bildirdi. Çox yeməyin insanı xəstələndirə biləcəyi fikrini çatdırdı, 7) Fəxriyyə Qarayeva Nizaminin botanika və zoologiyaya aid biliklərini, bitkilərin müalicəvi xüsusiyyətlərini, zəfəranın faydasını Nizaminin misraları ilə təqdim etdi, 8)  Nəcifə İsayeva Nizami poeziyasından Azərbaycan musiqisində geniş istifadə olunduğunu seminar iştirakçılarına çatdırdı.

Ətraflı

Nizami Gəncəvi aylığı. ADPU-nun dosenti Razim Məmmədovun məktəb "Kiçik Akademiyası" üçün seminarı28 nömrəli məktəb. Nizami Gəncəvi aylığı. 15.04.2021-ci il tarixində "Kiçik Akademiya"nın seminarı oldu. Seminarda həm humanitar, həm texniki şöbənin üzvləri və müəllimlər iştirak etdilər. ADPU-nun əməkdaşları-Tədris Departamentinin Məzun, Koordinasiya və Karyera bölməsinin müdiri Könül Əsgərova və Əəbiyyat kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədov da bu seminara dəvət olunmuşdular. "Nizami Gəncəvi dövrünün böyük mütəfəkkiri kimi" mövzusunda olan bu seminarı Razim Məmmədov apardı. O, Nizami Gəncəvini bir şair və bir alim kimi təhlil edərək bu barədə şagirdlərə geniş və ətraflı məlumat verdi. Nizami Gəncəvinin yaradıcılığını digər şairlərin, o cümlədən gürcü şairi Şota Rustavelinin yaradıcılığı ilə müqayisəli təhlil edərək, bu barədə ədəbi tənqidçilərin fikirlərini də auditoriyaya çatdırdı.

Ətraflı

Nəriman Nərimanovun 150 illiyi21.01.2021-ci il tarixində 328 nömrəli məktəbin humanitar şöbəsinin seminarı oldu. Seminar görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadimi, publisisti və həkimi Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuşdu. Çıxış edən şagirdlər Azərbaycan xalqı qarşısında gördüyü işlərdən, o cümlədən 1920-ci illərdə ermənilərin həyasızcasına Dağlıq Qarabağın Ermənistana verilməsi tələblərinin qarşısının alınmasında göstərdiyi xidmətlərdən danışdılar: -1920-ci il iyulun 10-da Moskvaya göndərdiyi teleqram bu sözlərlə bitirdi: Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir. Şagirdlər eləcə də onun yazmış olduğu "Nadanlıq", "Bahadır və Sona","Nadir şah", "Şamdan bəy" "Pir" kimi bədii əsərlərindən və "Xolera-Vəba", "Çaxotka-Vərəm" kimi elmi əsərlərindən, "Tibb və islam", "Ailəmi-nisvan" kimi publisistik əsərləri haqqında fikirlərini bölüşmüşlər. Azərbaycan Prezidenti İlham Əliyev N.Nərimanovun anadan olmasının 150 illiyinin qeyd olunması haqqında 14 fevral, 2020-ci il tarixli sərəncam vermişdir.

Ətraflı

Ə. Haqverdiyevin 150 illiyi18.01.2021-ci il tarixində 328 nömrəli məktəbin "Kiçik Akademiyası"nın Ə. Haqverdiyevin 150 illiyi ilə əlaqədar seminarı oldu. "Kiçik Akademiya"nın prezidenti Lətifə İbrahimova çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Ə. Haqverdiyevin 150 illiyini keçirmək haqqında 31 yanvar 2020-ci il tarixli sərəncamı haqqında məlumat verdi. Şagirdlər Ə. Haqverdiyev haqqında aşağıdakı ardıcıllıqla çıxış etdilər: Həyatı, ictimai-siyasi fəaliyyəti, yaradıcılığı, Ə. Haqverdiyev müəllim kimi, məqalələri, xatirəsi. Bununla seminar öz işini yekunlaşdırdı. Seminarda məktəbin direktoru Asif Nəbiyev də iştirak etdi.

Ətraflı

"Kiçik Akademiyanın" humanitar bölməsinin "Əhmədiyyə Cəbrayılov Fransa qəhrəmanıdır" mövzusunda seminarı04.12.2020-ci il tarixində "Kiçik Akademiyanın" humanitar bölməsinin Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə əlaqədar "Əhmədiyyə Cəbrayılov Fransa qəhrəmanıdır"  mövzusunda seminarı oldu. Şagirdlər Əhmədiyyə Cəbrayılovun həyatı, onun antifaşist hərəkətında Fransada göstərdiyi fəaliyyəti və qəhrəmanlıqları haqqında danışdılar. Onlar qeyd etdilər ki, Ə. Cəbrayılov Fransanın bir çox orden və medalları ilə, o cümlədən hərbi paradda generaldan öndə addımlamaq hüququ verən "Hərbi medal"la təltif olunur. Ə . Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov isə Birinci Qarabağ müharibəsində Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Seminarda "Kiçik Akademiya"nın prezidenti Lətifə İbrahimova və məktəb dirtektoru Asif Nəbiyev iştirak etmişlər.

Ətraflı

"Kiçik Akademiya"nın onlayn seminarı25.04.2020-ci il tarixində məktəb "Kiçik Akademiyasının"seminarı oldu. Onlayn formada keçirilən seminarda iki məruzə dinlənildi. Biologiya müəllimi İsayeva Sevilin elmi rəhbərliyi ilə 11"A" sinif şagirdi Əliyeva Fidan "Koronavirusun ümumi simptomları və ondan qorunma üsulları"mövzusunda məruzə etdi. O, yoluxucu xəstəliklər, epidemiya, pandemiya, viruslar, mutasiya olunmuş viruslar haqqında geniş və ətraflı çıxış etdi. O cümlədən koronovirusdan qorunmaq üsulları, immunitetin yüksəlməsi haqqında məlumat verdi. Əliyeva Fidan koronovirusdan qorunmağın əsas vasitəsi olan təcrid olunmanın da böyük əhəmiyyəti olduğunu qeyd edərək bu sahədə dövlətin gördüyü tədbirlər və onların nəticələri haqqında iştirakçılara məlumat verdi. Məktəbin fizika müəllimi İbrahimova Lətifənin elmi rəhbərliyi ilə 9"B" sinif şagirdi Təhməzli Hüseyn "Ağıllı dezinfeksiya tunelinin qurulması" mövzusunda məruzə etdi. O da koronavirus haqqında məlumatlar verdi. Eyni zamanda 15 saniyə ərzində insanları dezinfeksiya etmək qabiliyyətinə malik cihazın çertyojunu təqdim etdi. Ofislərin, iş yerlərinin girişində qoyulan bu cihazın içərisininə dezinfeksiyaedici maddələr yerləşdirilir (NaOCl+H(2)O). İnsan həmin tunelə daxil olarkən cihaz avtomatik olaraq məhlul püskürür. Bu əlbəttə bir şagirdin düşüncələrinin məhsuludur. Bundan sonra məruzəçilərə, eləcə də elmi rəhbərlərə suallar verildi. Sual 1.Əgər bu virusun dərmanı, eləcə də peyvəndi yoxdursa, bəs necə qorunmaq olar? Cavab1. İmmuniteti qaldırmaq və karantin yolu ilə. Bununla da seminar öz işini yekunlaşdırdı. Seminarın işində məktəb direktoru Asif Nəbiyev, "Kiçik Akademiya"nın prezidenti-fizika müəllimi Lətifə İbrahimova, biologiya müəllimi Sevil İsayeva, 10"A" sinfinin rəhbəri Güldanə Ağayeva iştirak etdilər.

Ətraflı

"Kiçik Akademiya" tədqiqatçılıq müsabiqəsində II yerBŞTİ-ni maraqlı müsabiqələrindən biri də "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsidir. 29.12.2019-cu il tarixində 9"B" sinif şagirdi Təhməzli Hüseynə bu müsabiqədə II yerə layiq görülmüşdür.

Ətraflı

"Kiçik Akademiyasının" texniki bölməsinin seminarı10.12.2019-cu il tarixində 328 nömrəli məktəbin "Kiçik Akademiyasının" texniki bölməsinin seminarı oldu. Seminarda 11 "A" sinif şagirdi Tağısoy Həcər "Müəyyən inteqralların, o cümlədən "açılmayan" müəyyən inteqralların proqram təminatı vasitəsilə həlli" mövzusunda çıxış etdi. O, inteqralın sahə ilə ekvivalent olduğunu və hər bir sahənin isə kiçik sahələrin cəmindən ibarət olduğunu qeyd edərək belə yanaşmanın proqram təminatı ilə həllinin əlverişli olduğunu dedi. Daha sonra Monte0Karlo üsulu haqqında məlumat verərək bu üsulla yazdığı proqramı nümayiş etdirdi. Tağısoy Həcər və eləcə də dinləyicələr bir çox "açılmayan" inteqralların proqram təminatı vasitəsilə həllini nümayiş etdirdilər. Seminarda riyaziyyat müəllimi Asif Nəbiyev öz fikirlərini söylədi.

Ətraflı

"Kiçik Akademiyasının" humanitar bölməsinin seminarı9.12.2019-cu il tarixində 328 nömrəli məktəbin "Kiçik Akademiyasının" humanitar bölməsinin seminarı oldu. Seminar görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlıya həsr olunmuşdu. Aəzərbaycan dili və ədəbiyyat müəllimi İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra ədibin "Dəli Kür" əsəri müzakirə olundu.

Ətraflı

"Kiçik Akademiyanın" yığıncağı25.11.2019-cu il tarixində məktəb "Kiçik Akademiya"sının yığıncağı oldu. "Kiçik Akademiya"nın prezidenti Günel İsgəndərova başqa məktəbə keçdiyindən səsvermə yolu ilə məktəbin müəllimi Lətifə İbrahimova prezident seçildi. Lətifə İbrahimova “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin keçirilməsinə dair BŞTİ-nin F- 426 nömrəli əmri ilə şagirdləri tanış edərək mesabiqənin 28.11.2019-cu il tarixində  keçiriləcəyini bildirdi. O bu müsabiqənin mahiyyəti haqqında danışaraq, mövzu seçilməsində şagirdlərə kömək etdi.

Ətraflı

"Şah İsmayıl Xətai şair və dövlət xadimi kimi""Kiçik Akademiyanın" humanitar sahə üzrə növbəti seminarı oldu. Məktəbin şagirdi Cavad Cəbiyev "Şah İsmayıl Xətai şair və dövlət başçısı kimi" mövzusunda maraqlı çıxış hazırlamışdı. O, Şah İsmayıl Xətainin şeirlərindən nümunələr gətirdi, sonra isə Şah İsmayılın Azərbaycan tarixində xidmətlərini göstərdi. Növbəti seminar "Pifaqor teoreminin müxtəlif isbatları" olacağı elan olundu.

Ətraflı

Qızıl nizbətAprelin 25-də məktəbin "Kiçik Akademiyasının" texniki bölməsinin seminarı oldu. Seminarın mövzusu "Qızıl nisbət" idi. Məruzəçi, 9"A" sinif şagirdi İsmayılov Novruzəli qızıl nisbət haqqında məlumat verərək qeyd etdi ki, təbiətdə canlılar və bitkilərin quruluşu qızıl bölgü qanununa tabedir. Bu insanlara qədim zamanlardan məlum idi və bir çox gözəl memarlıq abidələri, sənət əsərləri bu bölgüdən istifadə etməklə yaradılıb. Sonra Novruzəli qızıl bölgünün riyazi tənliyini verdi və alınan kvadrat tənliyi həll etdi. Şagirdlər məruzəçini maraqla dinlədilər. Növbəti seminar tarixdən "Şah ismayıl şair və dövlət xadimi kimi" mövzusunda olacaq.

Ətraflı

Kiçik Akademiya Elmlər Akademiyasında6 mart 2019-cu il tarixində məktəbin "Kiçik Akademiya"sı məktəb direktoru Asif Nəbiyev, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnaz Eyvazlı və riyaziyyat müəllimi Səbahət Mahmudova ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasına ekskursiya etdi. Məqsəd AMEA ilə əməkdaçlıq, şagirdləri Elmlər Akademiyası və onun fəaliyyəti ilə tanış etmək, Akademiya əməkdaşlarının mühazirəsinə qulaq asmaq, ümumiyyətlə şagirdlərdə elmə, tədqiqat işinə marağın artırılması idi. Akademiyada bizi Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Qədim Qubadov qarşıladı. Şagirdlər əvvəlcə təhsil sərgisinə baxdılar. Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində Çingiz Sasani şagirdlərlə ədəbiyyat nədir mövzusunda maraqlı söhbət etdi. Aspirant Vəfa Hacıyeva elmi tədqiqat, dissertasiya müdafiə etməyin mahiyyəti haqqında danışdı. Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsində görüş də maraqlı keçdi. Əməkdar elm xadimi filologiya üzrə elmlər doktoru, İraq türkmənləri ədəbiyyatının tədqiqatçısı Qəzənfər Paşayevin söhbəti də maraqla qarşılandı. Akademiyanın Elektron akt zalında filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında şagirdlərə dolğun mühazirə oxudu. O qeyd etdi ki, Nəsimi şəxsiyyətinə maraq hər bir dövrrlərdə olmuşdur. İndi Nəsiminin 650 illiyi YUNESKO tərəfindən qeyd olunacaq. Möhtərəm Prezident İlham Əliyev bu ili Nəsimi ili elan etmişdir. Sonda Zəkulla müəllim şagirdləri maraqlandıran suallara cavab vermişdir. Görüşü təşkil etdiklərinə görə məktəbin rəhbərliyi adından Akademiyan vitse prezidenti İsa Həbibbəyliyə və məsul katib Bədirxan Əhmədova təşəkkürümü bildirirəm.

Ətraflı

Kiçik Akademiyada seminar keçirildi22.02.2019-cu il tarixində məktəb Kiçik Akademiyasının texniki bölməsində Li-Fi texnologiyası nədir mövzusunda seminar keçirildi. Qeyd etmək lazımdır ki, 10-cu sinif şagirdi Səbinə Əhmədovanın "Sabahın alimləri" müsabiqəsinə təqdim etdiyi bu mövzu III yerə layiq görülmüşdü. Bu günkü seminarın məqsədi də Kiçik Akademiya üzvlərinə məlumat vermək, Li-Fi texnologiyasının mahiyyətini şagirdlərə başa salmaq idi. Əvvəlcə mövzu haqqında Səbinə Əhmədova cihazı şagirdlərə göstərərək izahat verdi. Sonra Günel İsgəndərova əlavələr etdi. Nəhayət seminara dəvət olunmuş Xəzər Universitetinin fizika və elektronika departamentinin müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nuru Səfərov bu məlumatları daha da genişləndirdi. Nuru müəllim mövzu ilə əlaqədar olaraq şagirdlərin suallarına geniş və ətraflı cavab verdi. Sonda Nuru müəllim şagirdləri işlədiyi Xəzər universitetinə dəvət etdi. 

Ətraflı

Kiçik Akademiya yaradıldı7 fevral 2019-cu il tarixində məktəbdə Kiçik Akademiya yaradılması üçün təsis konfransı keçirildi. Konfransda məktəbin müdiriyyəti, müəllimlər, IX, X və XI sinif şagirdləri iştirak etdilər. Giriş sözü ilə çıxış edən direktor Asif Nəbiyev iştirakçıları Kiçik Akademiyanın əsasnaməsi ilə tanış edərək onun məktəbdə əhəmiyyətindən, şagirdlərin elmi-tədqiqat işlərinə cəlb edilməsi üçün əhəmiyyətindən danışdı. Konfransda Kiçik Akademiyanın yaradılması elan olundu,tərkibi açıq səsvermə yolu ilə seçildi.

Ətraflı
HAQQIMIZDA

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli orta məktəbin yeni binası 14 sentyabr, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Dördmərtəbəli ...

BİZİM FƏXRLƏRİMİZ

Kamran Quliyev Şahin

Nərmin Cəbiyeva Yaşar

HAQQIMIZDA

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli orta məktəbin yeni binası 14 sentyabr, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Dördmərtəbəli ...

BİZİM FƏXRLƏRİMİZ

Kamran Quliyev Şahin

Nərmin Cəbiyeva Yaşar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi