Ə. Haqverdiyevin 150 illiyi

18.01.2021-ci il tarixində 328 nömrəli məktəbin "Kiçik Akademiyası"nın Ə. Haqverdiyevin 150 illiyi ilə əlaqədar seminarı oldu. "Kiçik Akademiya"nın prezidenti Lətifə İbrahimova çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Ə. Haqverdiyevin 150 illiyini keçirmək haqqında 31 yanvar 2020-ci il tarixli sərəncamı haqqında məlumat verdi. Şagirdlər Ə. Haqverdiyev haqqında aşağıdakı ardıcıllıqla çıxış etdilər: Həyatı, ictimai-siyasi fəaliyyəti, yaradıcılığı, Ə. Haqverdiyev müəllim kimi, məqalələri, xatirəsi. Bununla seminar öz işini yekunlaşdırdı. Seminarda məktəbin direktoru Asif Nəbiyev də iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi