"Kiçik Akademiyasının" texniki bölməsinin seminarı
10.12.2019-cu il tarixində 328 nömrəli məktəbin "Kiçik Akademiyasının" texniki bölməsinin seminarı oldu. Seminarda 11 "A" sinif şagirdi Tağısoy Həcər "Müəyyən inteqralların, o cümlədən "açılmayan" müəyyən inteqralların proqram təminatı vasitəsilə həlli" mövzusunda çıxış etdi. O, inteqralın sahə ilə ekvivalent olduğunu və hər bir sahənin isə kiçik sahələrin cəmindən ibarət olduğunu qeyd edərək belə yanaşmanın proqram təminatı ilə həllinin əlverişli olduğunu dedi. Daha sonra Monte0Karlo üsulu haqqında məlumat verərək bu üsulla yazdığı proqramı nümayiş etdirdi. Tağısoy Həcər və eləcə də dinləyicələr bir çox "açılmayan" inteqralların proqram təminatı vasitəsilə həllini nümayiş etdirdilər. Seminarda riyaziyyat müəllimi Asif Nəbiyev öz fikirlərini söylədi.