HAQQIMIZDA

Bakı şəhəri  Nizami rayonu Keşlə qəsəbəsindəki 328 nömrəli orta məktəbin yeni binası 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Dördmərtəbəli təhsil ocağının ümumi ərazisi 5370 kvadrat metrdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblərə uyğun inşa olunub. Məktəbdə tədris və sinifdənxaric məşğələlərin keçirilməsi üçün, eləcə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait mövcuddur,33 sinif otağı, fənn kabinetləri, kitabxana ilə yanaşı,şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün 7 kompüter sinfi yaradılıb. Müxtəlif tədbirlərin keçirildiyi akt zalı və bufet də şagirdlərin istifadəsindədir. Bundan əlavə, yeni innovasiya metodları ilə işləyən kabinetlər, müasir qurğularla təmin edilən idman zalı, mini futbol meydançası, ibtidai, hərbi hazırlıq kabineti də vardır. Təhsil ocağında biologiya, fizika, kimya fənninin səmərəli öyrənilməsi məqsədilə laboratoriyalar, şagirdlərin əmək tərbiyəsinin səmərəli təşkili üçün əmək otaqları var. 2021-2022-ci dərs ilindən STEAM və 2024-2025-ci dərs ilində Rəqəmsal bacarıqlar fənni tədris olunur. Məktəbin psixoloqu daim şagirdlərlə söhbət aparır, onların üzləşdikləri çətinliklər zamanı psixoloji yardım göstərir və profilaktik tədbilər keçirir. Hazırda məktəbimizdə 976 şagird təhsil alır.Şagirdlərin təlim-tərbiyəsi ilə 57 nəfərdən ibarət  pedaqoji heyət məşğul olur. 
Məktəbin idarəsində demokratik idarə üsulundan istifadə edirik.  Hər bir müəllim, şagird, və valideyn məktəbin idarə olunmasının iştirakçısıdır. 
Məktəbə yeni təyin olunmuş müəllimlərə iş yoldaşları və müdiriyyət tərəfindən daim qayğı və diqqət göstərilir.
2023-2024-cü tədris ilində 11-ci siniflərin buraxılış imtahanın nəticələrinə görə məktəbimiz BŞTİ-nin sıralamasında 50-ci yerdə olmuşdur. 
Təhsil Nazirliyi və BŞTİ-nin layihə və tədbirlərində, eləcə də idman yarışlarında müntəzəm olaraq iştirak edirik.

Hədəfimiz: "Keyfiyyətli təhsil və yüksək nəticə"dir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi