Nəriman Nərimanovun 150 illiyi

21.01.2021-ci il tarixində 328 nömrəli məktəbin humanitar şöbəsinin seminarı oldu. Seminar görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadimi, publisisti və həkimi Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuşdu. Çıxış edən şagirdlər Azərbaycan xalqı qarşısında gördüyü işlərdən, o cümlədən 1920-ci illərdə ermənilərin həyasızcasına Dağlıq Qarabağın Ermənistana verilməsi tələblərinin qarşısının alınmasında göstərdiyi xidmətlərdən danışdılar: -1920-ci il iyulun 10-da Moskvaya göndərdiyi teleqram bu sözlərlə bitirdi: Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir. Şagirdlər eləcə də onun yazmış olduğu "Nadanlıq", "Bahadır və Sona","Nadir şah", "Şamdan bəy" "Pir" kimi bədii əsərlərindən və "Xolera-Vəba", "Çaxotka-Vərəm" kimi elmi əsərlərindən, "Tibb və islam", "Ailəmi-nisvan" kimi publisistik əsərləri haqqında fikirlərini bölüşmüşlər. Azərbaycan Prezidenti İlham Əliyev N.Nərimanovun anadan olmasının 150 illiyinin qeyd olunması haqqında 14 fevral, 2020-ci il tarixli sərəncam vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi