"Kiçik Akademiyanın" humanitar bölməsinin "Əhmədiyyə Cəbrayılov Fransa qəhrəmanıdır" mövzusunda seminarı

04.12.2020-ci il tarixində "Kiçik Akademiyanın" humanitar bölməsinin Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə əlaqədar "Əhmədiyyə Cəbrayılov Fransa qəhrəmanıdır"  mövzusunda seminarı oldu. Şagirdlər Əhmədiyyə Cəbrayılovun həyatı, onun antifaşist hərəkətında Fransada göstərdiyi fəaliyyəti və qəhrəmanlıqları haqqında danışdılar. Onlar qeyd etdilər ki, Ə. Cəbrayılov Fransanın bir çox orden və medalları ilə, o cümlədən hərbi paradda generaldan öndə addımlamaq hüququ verən "Hərbi medal"la təltif olunur. Ə . Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov isə Birinci Qarabağ müharibəsində Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüşdür. Seminarda "Kiçik Akademiya"nın prezidenti Lətifə İbrahimova və məktəb dirtektoru Asif Nəbiyev iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi