"Kiçik Akademiyanın" "Şair Nizami Gəncəvi dövrünün alimidir" mövzusunda seminarı
328 nömrəli məktəb. Nizami Gəncəvi aylığı.
22.04.2021-ci il tarixində "Kiçik Akademiyanın" "Şair Nizami Gəncəvi dövrünün alimidir" mövzusunda seminarı oldu. Şagirdlər Nizaminin müxtəlif elm sahələrinə aid olan biliklərini təqdim etdilər. Onlar tədqiqat işlərində Bayram Apayevin araşdırmalarından istifadə etmişlər.
1) Nuray Gülverdizadə Nizami haqqında ümumi məlumatlar verərək onun bir neçə dil bilməsini, müxtəlif elmlərdən məlumatlı olduğunu bildirdi,
2) Ləman Quliyeva Nizaminin riyazi biliklərindən, onun koordinat sitemini bilməsindən, düz xətti nöqtələrin həndəsi yeri kimi təsvir etməsindən danışdı,
3) Aynurə Nazirova Nizaminin kimya elminə bələd olduğunu bildirdi. O, Nizaminin civənin qızıl tozlarını yığa bilməsi haqqında fikirlərini, almazı qalaya bənzətməsini şairin misraları ilə təqdim etdi,
4) Aysel Əbdürrəhmanova Nizaminin coğrafi biliklərini təsvir edərək Nizaminin Yerin kürə şəklində olduğunu bildiyini, ancaq səhvən planetlərin geosentrik quruluşda olduğunu təsəvvür etdiyini bildirdi,
5) Rafiq Məhəmmədov Nizaminin fzikaya aid fikirlərini seminar iştirakçılarına çatdıraraq, onun işığın yeddi rəngdən ibarət olduğunu Avropa alimlərindən əvvəl bildiyini qeyd etdi,
6) Tünzalə Cahangirova Nizaminin anatomiyaya və tibbə aid bilikərinin olduğunu bildirdi. Çox yeməyin insanı xəstələndirə biləcəyi fikrini çatdırdı,
7) Fəxriyyə Qarayeva Nizaminin botanika və zoologiyaya aid biliklərini, bitkilərin müalicəvi xüsusiyyətlərini, zəfəranın faydasını Nizaminin misraları ilə təqdim etdi,
8) Nəcifə İsayeva Nizami poeziyasından Azərbaycan musiqisində geniş istifadə olunduğunu seminar iştirakçılarına çatdırdı.