Kiçik Akademiyada seminar keçirildi
22.02.2019-cu il tarixində məktəb Kiçik Akademiyasının texniki bölməsində Li-Fi texnologiyası nədir mövzusunda seminar keçirildi. Qeyd etmək lazımdır ki, 10-cu sinif şagirdi Səbinə Əhmədovanın "Sabahın alimləri" müsabiqəsinə təqdim etdiyi bu mövzu III yerə layiq görülmüşdü. Bu günkü seminarın məqsədi də Kiçik Akademiya üzvlərinə məlumat vermək, Li-Fi texnologiyasının mahiyyətini şagirdlərə başa salmaq idi.
Əvvəlcə mövzu haqqında Səbinə Əhmədova cihazı şagirdlərə göstərərək izahat verdi. Sonra Günel İsgəndərova əlavələr etdi. Nəhayət seminara dəvət olunmuş Xəzər Universitetinin fizika və elektronika departamentinin müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nuru Səfərov bu məlumatları daha da genişləndirdi. Nuru müəllim mövzu ilə əlaqədar olaraq şagirdlərin suallarına geniş və ətraflı cavab verdi. Sonda Nuru müəllim şagirdləri işlədiyi Xəzər universitetinə dəvət etdi.