“Elmin Gücü ilə” adlı bilik yarışı keçirildi

Məktəbdə təbiət fənlərinə marağı artırmaq, şagirdlərdə elmi düşüncə və əməkdaşlıq bacarıqlarını gücləndirmək məqsədilə 7-ci siniflər arasında “Elmin Gücü ilə” adlı bilik yarışı təşkil olundu. Yarışda fizika, kimya və biologiya fənləri üzrə suallar yer aldı və dörd komanda – Atomlar, Hüceyrələr, Kvantlar və Elementlər – biliklərini sınadı.
Yarış boyunca komandalar elmi məntiq, sürətli düşünmə və fənlərarası biliklərə əsaslanan tapşırıqlarla qarşılaşdılar. Gərgin və maraqlı keçən yarışmanın sonunda Hüceyrələr komandası yüksək nəticə göstərərək qalib oldu.
Yarış iştirakçıları elmin gücünü bir daha dərk edərək həm biliklərini artırdılar, həm də komanda ruhunun önəmini bir daha yaşadılar. Qalib komanda təltif olundu, digər komandalar isə fəxri fərmanlarla mükafatlandırıldı.
Bu cür təşəbbüslər şagirdlərin elmə marağını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarının inkişafına da töhfə verir.