“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində şagirdlərin “Mənim dəyərlərim” adlı təqdimatları izlənildi

Məktəbdə həyata keçirilən “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində şagirdlərin iştirakı ilə “Mənim dəyərlərim” adlı təqdimatlar keçirildi. Tədbirin əsas məqsədi məktəblilərdə milli-mənəvi və ümumbəşəri dəyərlərə bağlılıq hissini gücləndirmək, onların şəxsi düşüncə və baxışlarını formalaşdırmaq idi.
Təqdimatlarda şagirdlər öz dəyərlərini sözlə, şəkil və videolarla, bəziləri isə şeir və bədii çıxışlarla ifadə etdilər. Səmimi çıxışlar zamanı ədalət, hörmət, dürüstlük, vətənə sevgi, əməksevərlik və yardımsevərlik kimi dəyərlərin onların gündəlik həyatında hansı rola malik olduğu vurğulandı.
Məktəb rəhbərliyi və müəllim heyəti tərəfindən maraqla izlənilən təqdimatlar həm şagirdlərin natiqlik bacarıqlarının inkişafına, həm də mənəvi zənginliklərinin dərinləşməsinə töhfə verdi.