HAQQIMIZDA

312 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmiş, şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Məktəb 1 korpusdan ibarət olub, geniş potensiala malikdir. Burada şagirdlərin təhsil alması üçün yüksək standartlara cavab verən 60-dan çox geniş, işıqlı sinif otaqları, 2 fizika laboratoriyası, 4 informatika otağı, 2 kimya, 2 biologiya, kitabxana, akt zalı, idman zalı, yeməkxana və futbol meydançası var. Məktəb uğura gedən yolda inamla addımlayır. Müəllimlərimiz bir çox treninqlərdə, kurslarda fərqlənmiş və fərqlənməkdədir. Məktəbin pedaqoji kollektivi müəllimlərin diaqnostik qiymətləndirməsinin nəticələrinə görə Nizami rayonu üzrə birincidir. Məktəbdə şagirdlərin yüksək təhsil almasına yardım edən və bu yolda əlindən gələni əsirgəməyən 49 nəfərdən ibarət müəllim kollektivi fəaliyyət göstərir. 2007-ci ildən fəaliyyət göstərən məktəb 1296 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəbdə məktəbəhazırlıq qrupu ilə birgə 414 şagird təhsil alır.  Şagird kontingentinin az olmasına baxmayaraq kifayət qədər uğurlarımız da var. Şagirdlərimiz eyni zamanda rayon və respublika üzrə keçirilən olimpiadalarda, bilik yarışlarında, rəsm və şeir müsabiqələrində yüksək nəticələr əldə edərək fərqlənmişlər. Hər il 600-dən çox bal toplayan şagirdlərimiz də olur. 2015-2016-cı ildə məktəbin 5 məzunu,2016-2017-ci tədris ilində məktəbin 1 məzunu, 2017-2018-ci tədris ilində 2 məzunu bu nəticəni göstərib. Məktəb 2016-2017-ci tədris ilində doqquzuncu siniflərin buraxılış imtahanının nəticələrinə görə 71 pillə irəliləyərək 255-ci yerdən 184-cü yerə qalxmışdır. 2017-2018-ci ildə məktəbin tarixində ilk dəfə olaraq Ağayeva Lalə qızıl medal almışdır.

Məktəb 1 növbədə, 5 günlük iş rejimində fəaliyyət göstərir. Dərslər saat 800-da başlayır. Nizam-intizamı, disiplini tam qaydasında olan məktəbdə pedoqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə keyfiyyətli bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirmək və cəmiyyətə vətənpərvər, milli əxlaqi dəyərlərə malik xeyirli vətəndaşlar yetişdirməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi